“Sumqayıt”da yeni sima – FOTO
29.05.2012 - 16:24
“Sumqayıt” növbəti transferini rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, axırıncı mövsümündə “Turan”da çıxış etmiş 31 yaşlı müdafiəçi Aftandil Hacıyev komanda ilə 1 illik müqavilə imzalayıb.
Yığmamızın sabiq futbolçusu tranferinə münasibət bildirib: “Sumqayıt Azərbaycanın futbol ənənələri ilə zəngin olan şəhəridir. Bu şəhərin futbol komandasında çıxış etmək mənim üçün fəxrdir. İnşallah, gələn mövsüm uğurlu çıxış edib azarkeşlərimizə sevinc bəxş edərik. “Sumqayıt”ın rəhbərliyinə məni komandalarına dəvət etdiklərinə görə minnətdaram”.
Qeyd edək ki, karyerası ərzində “Turan”dan başqa, “Şəfa”, “Neftçi” və “Qarabağ”ın formasını geyinmiş Aftandil Hacıyev 22 matçda Azərbaycan millisinin şərəfini qoruyub.

0
0