Yığmamızın futbolçusu Türkiyəyə gedir
29.05.2012 - 16:51
Yığmamızın futbolçusu Türkiyəyə gedir
“İnter” klubunun bir müddət əvvəl əməliyyat olunan futbolçusu Nizami Hacıyev bu yaxınlarda komandanın məşqlərinə qatılacaq. Apasport.az saytının məlumatına görə, hazırda özünü yaxşı hiss edən yarımmüdafiəçi iyunun 1-də komandayla birlikdə təlim-məşq toplanışına yollanacaq. Hacıyev komanda ilə yollanacağı Türkiyədə bərpa prosesini keçəcək.

Qeyd edək ki, Nizami Azərbaycan milli komandasının təlim-məşq toplanışına da çağırılsa da zədəsi hazırlıqlara qatılmağa imkan verməmişdi.