“Klubsuz futbolçunu milliyə çağırmayacam”
29.05.2012 - 19:09
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının Frankfurta ezam olunmuş əməkdaşının məlumatına görə, almaniyalı mütəxəssis Andorra ilə yoldaşlıq görüşü öncəsi azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.
- Təlim-məşq toplanışı və bu müddətdə keçirilən Yaponiya yığması ilə yoldaşlıq görüşü haqda fikirləriniz necədir?
- Buna ümumi baxmalıyıq. Bu, təkcə 15 saat uçuş deyildi, 5 saat avtobusla yol getdik. Oyundan qabaq 2 məşq keçdik və bundan razı qaldım. Uzun səfəri və hazırlığı nəzərə alaraq, tam narazı qalmadım. Təəssüf ki, jurnalistlər orada yox idi. Siz görə bilmədiniz ki, səfər necə çətin keçdi. Oyuna televiziya ilə baxmaqla, yığma ilə birgə olmaq tam fərqlidir. Ümid edirəm ki, futbolçularda sabahkı oyuna güc qalıb. Ola bilər ki, mövsümün sonunda bu oyun düzgün deyildi. Ancaq belə güclü rəqiblə oyunda təcrübəni nəzərə alaraq, yaponların dəvətini qəbul etdik. Mənə elə gəlir ki, gözəl tanıdığım Yaponiya futbolu Azərbaycan üçün nümunə idi. Mən hələ 1983-cü ildə Almaniya Futbol İttifaqının vasitəsilə bu ölkədə 4 ay təcrübə keçmişdim. Onların da vaxtilə Avropada oyunçuları yox idi. Ancaq indi fərqlidir və azərbaycanlı futbolçular üçün yaxşı nümunədir. Sindzi Kaqavanın adını çəkim. O, 2 il əvvəl Yaponiya II liqasından Dortmund “Borussiya”sına keçib, ardıcıl 2 dəfə Almaniya çempion olub. İndi 15 milyon avroya “Mançester Yunayted”ə keçir və bu, onun öz üzərində işləməyinin nəticəsidir. 2 il öncə “Borussiya” onu 320 min avroya almışdı. Görün, öz üzərində işləməklə hansı səviyyəyə çatıb. Mən eşidəndə ki, futbolçuların mövsümün sonunda 10 gün istirahət edib, nə klubda, fərdi məşq ediblər, buna təəssüflənirəm. Bir müddət öncə klublar təlim-məşq toplanışımızın keçirilməyinə icazə verməmişdilər. Məncə, bu, düzgün yol deyil və yığmanın toplanışları mütəmadi olmadılar. Ən vacib idi odur ki, biz səfər oyunda çoxlu qol imkanları yaratmışıq. Bundan sonra Frankfurta gəldik və 2 saat sonra bərpa prosesi, ertəsi tibbi testdən keçdik. Bunlardan razı qalmışam. Çox böyük maraqla tibbi testlərin nəticələrini gözləyirəm. Bununla bağlı futbolçularla fərdi söhbətləşəcəyəm.
- Yaponiya ilə matçdan sonra zəif rəqiblə oyuna köklənmək baxımından problem olmayacaq?
- Azərbaycanlı futbolçular üçün heç bir oyunda motivasiya ilə bağlı problem olmamalıdır. Dubayda Fələstinlə oyundan sonra bir neçə futbolçuda bu problemin olduğunu gördüm. Seçmə mərhələdə rəqibimiz olan İsrail yığmasının nümayəndələri matçı izləyəcəklər. Biz onlarla matçda tam başqa standart vəziyyətlərdən istifadə edəcəyik. Bunu hələ ki sirr kimi saxlayırıq. Yaxşı olar ki, belə məşqlərdə jurnalistlər olmasın. Çünki futbolçular bunu düzgün etməyəndə, kobud söz deyə bilərsiniz. Ancaq jurnalistlər qarşısında bunu edə bilmərik.
- Mövsümün sonunu, Yaponiyaya məğlubiyyəti və rəqibin zəif olmağını nəzərə alsaq, sabahkı oyunda sizin üçün nəticənin önəmi haqda nə deyə bilərsiniz?
- Mən həmişə meydana qələbə üçün çıxıram. Fərqi yoxdur, hansı, neçənci matçdır. Futbolçular həmişə bu fikirlə meydana çıxmalıdır. Futbolçuların hansı vəziyyətdə gəldiyini nəzərə alsaq, razı qala bilmərəm. Bunu klublarda etməli idilər.
- Burda klubların günahı nədir?
- Bundesliqa klublarına nəzərə alsaq, orada daim hazırlıq keçirlər. Əgər mən məktəbdə zəif oxuyuramsa, 3 alıramsa, 4 və 5 almaq üçün öz üzərində işləməliyəm. Futbolçuların oyunundan razı qalmışam, ancaq fiziki hazırlığından yox.
- Bəlkə günah futbolçulardır?
- Bəli, futbolçulardadır. Onlar siz deyən kimi peşəkardır və çoxlu pul qazanırlar. Futbolçular uşaq kimidirlər, onları tərbiyə etmək lazımdır. Hamı bilir ki, uşaqlara düzgün yol göstərmək lazımdır.
- Bəlkə onları cəzalandırmaq lazımdır?
- Bunu elə edə bilərik ki, futbolçunu əsas heyətdə yer verməyək, nizam-intizam edibsə, milliyə dəvət etməyək.
- Ən böyük cəza cərimədir...
- Futbolçular başa düşməlidir ki, öz üzərində işləməlidirlər. Pul cəzası mənim üçün sonuncudur və ona getmək istəməzdim. Onu milliyə dəvət etməyə bilərik. Sabah siz onu deyəcəksiniz ki, niyə onu çağırmırsınız?
- Mahir Şükürov, Ruslan Abışov, Vladimir Levinin gələcək karyeraları hələ müəyyənləşməyib. Bu, sizdə narahatlıq doğurmur? Onlara nə tövsiyə edərdiniz?
- Onlarla söhbət etmişəm və tövsiyə etmişəm ki, tezliklə klub tapsınlar. Tövsiyəm odur ki, xaricə getsinlər. Növbəti seçmə mərhələdə müqaviləsi, klubu olmayanları, klubda məşq etməyənləri yığmaya çağırmayacağam. Məndə olan məlumata görə, daha bir neçə futbolçunun müqaviləsi bitib.
- Gələcək seçmə mərhələdə rəqiblər haqda nə deyə bilərsiniz?
- Portuqaliya haqda mənə bütün məlumatları almanlar verəcək. Rusiya yığmasında yeni baş məşqçini gözləmək lazımdır. Köməkçim Olef Yansen İsrailin Çexiya ilə oyununu izləyib. Lüksemburqun Almaniyada oyununu izləmək üçün Yansenlə birgə 3 saat maşınla gedəcəyəm. Şimali İrlandiya yığmasının fevralda oyununu görmüşəm. Bu rəqib barədə deyə bilərəm ki, futbolçuları ya İngiltərə Premyer Liqasında, ya da 1-ci divizionda oynayır. Növbəti seçmə mərhələ öncəsi 24 futbolçunu müəyyənləşdirəcəyəm. Ola bilər ki, bu siyahı bəzi futbolçularda narazılıq yaratdı. Əli Gökdəmir sentyabrdan indi gedəcəyi U-21-nin yox, əsas yığmanın futbolçusu olacaq. Klubunda oyun təcrübəsi olmayan futbolçuları milliyə çağırmayacağam.
- Millimiz növbəti seçmə mərhələyə, İsrail yığması ilə oyuna nə dərəcədə hazırdır?
- Bu gün hazır deyil. Ancaq ümid edirəm ki, mənə bunu etmək üçün vaxt verəcəklər. İsrail da kiçik ölkədir, ancaq futbolçuların heç biri ölkə daxilində oynamır.
- Yığmamızda işlədiyiniz 4 ildə 4 azərbaycanlı köməkçi ilə işləmisiniz. Bu tendensiyanın davamı olacaqmı? Ümumiyyətlə, hazırda yerli köməkçiniz olan Nazim Süleymanovun işinə necə qiymət verərdiniz?
- Nazim Süleymanov ən yaxşısıdır. Hiss olunur ki, futbolçu olub. O, meydançaya çıxanda, necə canla-başla çalışır. Ancaq Süleymanovdan gileyləndiyim bir şey var. Bu da çox kök olmağıdır (gülür). Süleymanov mənə dözsə, onunla çox işləyəcəyəm. Süleymanov həmişə yanıma gəlib, iş prosesimlə, hər şeylə maraqlanır, soruşur. Onun bu marağı çox xoşuma gəlir. Mən bundan həzz alıram. Əsl məşqçi belə olmalıdır.
- Qarşıdan gələn böyük futbol bayramı Avropa çempionatından nə gözləyirsiniz? Favoritləriniz kimlərdir?
- Almaniya yığmasından hər turnirdə titul gözləyirik. 2-ci yer bizim üçün böyük faciə olacaq. Oyunçularımız yaxşı hazırlıq keçiblər. Bir statistika deyim ki, Almaniya yığması 8-9 gündə 20 məşq keçib. Bu, çox lazımdır. Biz Avropa çempionatı ilə bağlı bayrama sevinməliyik. Ən böyük favorit İspaniya və Almaniya yığmalarıdır. Polşa yığması favorit olmasa da, mənə görə sürpriz edə bilər. Xahiş edirəm, buna gülməyin. Orada Dortmund “Borussiya”sının oynayan 3 aparıcı futbolçu var. İngiltərə yığmasının heç vaxt bilmək olmur ki, necə olacaq. Buna ilk oyundan sonra demək olar. Fransa yığması yoxlama oyunlarında yaxşı nəticə əldə edib. İtaliya millisi qarşısında böyük sual işarəsi qoyardım. İtalyanlar həmişə qrupdan çıxandan sonra daha yaxşı təsir bağışlayır, gözəl oynayırlar.
- Azərbaycan klubları üçün iyulda başlayacaq avrokuboklardan nə gözləyirsiniz? Ümumiyyətlə, onların ən azı səfər oyunlarını izləyəksiniz?
- Bu, vaxtdan asılıdır. Mən hər bir klubunuza uğurlar arzulayıram. Bilirəm ki, asan olmayacaq. Onu nəzərə almalıyıq ki, klubda daha asandır. Çünki orada daxili yarışlarda 7 legioner oynayır. Klubla yığma səviyyəsində oyunda fərq böyükdür. Biz daha güclü rəqiblərlə oynayırıq. Ancaq Azərbaycan klubları reytinqə görə zəif komandalarla oynayırlar. Çox istərdim ki, 4 klubdan ən azı biri qrup mərhələsinə düşsün. Fürsətdən istifadə edərək, “Avrovizion” mahnı müsabiqəsini yüksək səviyyədə keçirdiklərinə görə bütün Azərbaycan xalqını təbrik etmək istərdim.
Mehman SÜLEYMANOV
Frankfurt

0
0