“Sumqayıt”dan daha 2 transfer
30.05.2012 - 08:33
“Sumqayıt”dan daha 2 transfer
“Sumqayıt” Aftandil Hacıyevin ardından daha 2 futbolçunu heyətinə qatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Gənclik şəhəri”nin təmsilçisi Emin Cəfərquliyev və Sabir Allahquliyevlə razılığa gəlib.

Onların hər ikisi ilə 1+1 sistemi üzrə müqavilə imzalanıb. Son olaraq “Simurq”da çıxış etmiş (12 oyun) 22 yaşlı Cəfərquliyev U-17, U-19, U-21 və 1 dəfə Azərbaycanın A milli komandasının (Bəhreynlə qarşılaşma) formasını geyinib, “Neftçi”, “Karvan”, “Bakı” və MOİK-in şərəfini qoruyub. O, “Sumqayıt”a keçidi üçün şad olduğunu deyib: “Doğma şəhərim olan “Sumqayıt”a qayıtdığım üçün xoşbəxtəm. Bu şəhərin komandası olan “Gənclərbirliyi”ndə məşq etsəm də, rəsmi oyunlara çıxmamışdım. Bu komanda ilə Premyer Liqada debüt etməyi səbirsizliklə gözləyirəm”.

24 yaşlı Sabir Allahquliyev isə ötən mövsüm “Kəpəz”in heyətində Premyer Liqada 27 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 3 top keçirib.