Premyer Liqa Bundesliqadan öndə
30.05.2012 - 08:45
AVRO-2012-də ən çox təmsilçisi olan çempionat müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Polşa və Ukraynada keçiriləcək final mərhələsində iştirak edəcək 16 milli komandanın şərəfini qoruyan 368 futbolçu siyahısına ən çox oyunçu İngiltərə Premyer Liqası verib.
AVRO-2012-də Premyer Liqanın 79 nümayəndəsi oynayacaq. İngiltərə yığmasını saymasaq rekord İrlandiyaya məxsusdur. Bu yığmanın 20 futbolçusu Premyer Liqada çıxış edir. Ümumilikdə isə 16 millidən 14-də Premyer Liqa üzvü var. Yalnız Ukrayna və Yunanıstan istisna təşkil edir.
İkinci pillədə olan Almaniya Bundesliqası isə AVRO-2012-yə 49 futbolçu ezam edəcək. Almaniya yığmasını nəzərə almasaq ən çox – 7 oyunçu Polşa və Xorvatiya millisində yer alıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası tarixi ərzində yalnız 1 dəfə dünya və qitə çempionatının final mərhələsində təmsil olunub. Bu da Afrika çempionatına təsadüf edib. “Muğan”ın üzvü Narsis Yameoqo 2010-cu ildə Burkina-Faso millisi ilə turnirə yollanıb.

0
0