“Levski”nin imtina etdiyi futbolçu Azərbaycana gəlir
30.05.2012 - 11:07
“Levski”nin imtina etdiyi futbolçu Azərbaycana gəlir
Bolqarıstanın “Levski” klubu braziliyalı hücumçusu Juninyo ilə yollarını ayırmağa qərar verib. Apasport.az saytının məlumatına görə, Sofiya təmsilçisinin məşqçilər korpusundakı dəyişiklik cənubi amerikalının klubsuz qalması ilə nəticələnib.

“Levski” rəhbərliyi bu ilin qışında digər Bolqarıstan klubu “Slaviya”dan sonradan almaq hüququ ilə icarəyə götürülən Juninyonu saxlamağı lazım bilməyib. Artıq əvvəlki klubuna da lazım olmayan 27 yaşlı legioner aldığı yeni təkliflər arasında götür-qoy edir. Juninyoya belə təkliflərin Azərbaycan və Rusiyadan olduğu bildirilir.

Qeyd edək ki, vətənində “Qremio”da oynamış Juninyo 2009-11-ci illərdə “Slaviya”da 55 oyuna 19 qol vurub, bu ilin 5 ayında isə “Levski”də 14 matça 6 dəfə fərqlənib.