Ruslan Abışov: Nağıl bitdi, qiymət qalxdı, “Neftçi”də qaldı
30.05.2012 - 11:54
Azərbaycan millisinin futbolçusu Ruslan Abışov “Antalyaspor”a lazım olmayıb. Apasport.az-ın məlumatına görə, extratime.az saytı futbolçunun oynadığı “Neftçi” ilə yaxın günlərdə müqavilə bağlayacağı, anlaşmanın şərtlərinin əvvəlkindən daha yaxşı olduğu haqda xəbər yayıb.
Bu isə o deməkdir ki, başda Antalya təmsilçisi olmaqla, bir neçə xarici klubun maraq dairəsində olduğu haqda şayiələr yayılan müdafiəçi elə müqavilə ilə məxsus olduğu “ağ-qaralar”da qalacaq.
Buna səbəb reklam tipli xəbərlərin öz effektini verməsidir. Belə ki, adının bir neçə klubla yanaşı hallanmasından yararlanan Abışov “Neftçi” ilə yeni müqavilənin şərtlərini razılaşdıra bilib. Özü də istədiyi kimi daha yüksək şərtlərlə. Bu da həmin reklam tipli şayiələrin yekun nəticəsidir.
Abışovun xarici kluba keçidinin dezinformasiya olduğunu, qiymət qaldırmağa xidmət etdiyini “Antalyaspor”un baş məşqçisi Mehmet Özdilək sübut etmişdi. Belə ki, o, belə bir futbolçu tanımadığını və heç maraqlanmadığını bildirmişdi.

0
0