UEFA “Beşiktaş”ı avrokuboklardan kənarlaşdırdı
30.05.2012 - 13:48
UEFA “Beşiktaş”ı avrokuboklardan kənarlaşdırdı
UEFA Türkiyənin “Beşiktaş” klubu ilə bağlı şok qərar verib. APA-nın xəbərinə görə, “Beşiktaş” futbol komandası 1 il müddətində Avropa kuboklarında oynamaq hüququndan məhrum edilib.

Qərara səbəb “Beşiktaş”ın öz futbolçularına və müxtəlif qurumlara külli miqdarda borcunun olmasıdır. Komandanın əcnəbi futbolçuları pullarını ala bilmədikləri üçün UEFA-ya şikayət ediblər. Hazırda dərin maliyyə böhranı içində olan “Beşiktaş” borclarını ödəyə bilmir.

Qeyd edək ki, yaxın günlərdə UEFA-nın Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı da öz qərarını açıqlaması gözlənilir. Bu qalmaqalda adı keçən əsas klub olan “Fənərbaxça”nın Avropa kuboklarında çıxış etmək hüququndan məhrum ediləcəyi bildirilir.