“Havanın isti olması oyunumuza mənfi təsir göstərdi”
30.05.2012 - 14:05
“Havanın isti olması oyunumuza mənfi təsir göstərdi”
“Maraqlı oyunun şahidi olduq. Havanın isti olması oyunumuza mənfi təsir göstərdi”. Apasport.az saytının məlumatına görə, bunu Gürcüstan yığmasının (U-17) baş məşqçisi Giorgi Devdariani deyib.

Bakıda milli komandalar arasında II Caspian Cup beynəlxalq turnirinə start verilib. Yarışın ilk günündə Gürcüstan milli komandası Türkiyə yığmasına 2:3 hesabı ilə uduzub. Devdariani bildirib ki, rəqibləri daha güclü olduğu üçün qələbə qazanıb: “Türkiyə yığması qələbəyə layiq oyun nümayiş etdirdi. Bu münasibətilə onları təbrik edirəm”.

“Ay-ulduzlular”ın baş məşqçisi Hakan Tecimer isə qələbənin futbolçularına verdiyi tapşırıqların nəticəsi olduğunu deyib: “Futbolçularım sonadək mübarizə apardılar. Verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdılar. Hər iki komandanın qol vurmaq imkanları oldu. Turnirə qələbə ilə başlamaq uşaqların özlərinə olan inamını artırmaq baxımından böyük əhəmiyyət kəsb edir”.