Rəşad Sadıqovun sabiq klubu irəli düşdü
30.05.2012 - 15:36
UEFA-nın “Beşiktaş”ı avrokuboklardan kənarlaşdırmasından sonra Türkiyəni qitə miqyaslı turnirdə təmsil edəcək komandanın adı tezliklə açıqlanacaq. Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun sabiq klubu “Əskişəhərspor” ola bilər.
Belə ki, Əskişəhər təmsilçisi Super Final Avropa Liqası qrupunda lider “Bursaspor”un ardından ikinci yeri tutub. Bursalılar isə “Fənərbaxça” ilə Türkiyə Kubokunun finalında oynamaqla, avroliqaya vəsiqəni özü üçün təmin edib. Bu səbəbdən də “Beşiktaş”ı məhz “Əskişəhərspor”un əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, UEFA “Beşiktaş”a küllü miqdarda borcu olduğu üçün cəza verib.

0
0