UEFA-dan daha 2 Türkiyə klubuna ağır cəza
30.05.2012 - 16:53
UEFA Türkiyənin daha 2 klubu ilə bağlı sərt qərar verib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu “Beşiktaş”ın ardınca “Bursaspor” və “Qaziantepspor” klublarının da avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərar çıxarıb.
Buna səbəb hər 2 klubun maliyyə ilə bağlı lisenziyalaşdırma şərtlərinə əməl etməməyi və bursalıların sabiq futbolçusu MBesuma borcunun olmasıdır.
Qeyd edək ki, qərar “Bursaspor”a bu il, “Qaziantepspor”a isə avrokuboklara qazandığı mövsümdə şamil olunacaq. Onlardan öncə isə “Beşiktaş” 1 illiyə qitəmiqyaslı yarışdan kənarlaşdırılmışdı.

0
0