Azərbaycan - Andorra matçı yayımlanmayacaq
30.05.2012 - 17:46
Azərbaycan - Andorra matçı yayımlanmayacaq
Azərbaycan milli komandasının Andorra ilə yoxlama matçı canlı yayımlanmayacaq. Apasport.az saytının məlumatına görə, görüşün əvvəlcədən birbaşa göstərilməsi nəzərdə tutulsa da, bu, son anda baş tutmayıb.

Qeyd edək ki, Almaniyanın Frankfurt şəhərində baş tutacaq Azərbaycan - Andorra matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.