“Belə oyunla qrupda 2 xal toplayarıq”
30.05.2012 - 22:06
Millimizin baş məşqçisi Berti Foqts Andorra ilə qolsuz bərabərliklə nəticələnən yoldaşlıq görüşündən sonra mətbuat konfransı keçirib. Apasport.az saytının Frankfurta ezam olunmuş əməkdaşının məlumatına görə, almaniyalı mütəxəssis komandamızın məskunlaşdığı oteldə azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsiniz?
- 90 dəqiqəlik oyundan, matça köklənmədən razı qaldım. Komandamızın oyunu sürətli, kombinasiyalı idi. Təəssüf ki, qol çatışmırdı. Komanda taktiki cəhətdən düzgün oynadı. Cinahlardan oyun qururduq, ancaq son nöqtəni qoya bilmədik. Bəxtimiz gətirmədi. Oyundan sonra hesab 5:0 olsaydı, rəqib bundan şikayət edə bilməzdi. Daha böyük hesabla da qalib gələ bilərdik. Ancaq futbolun qaydası odur ki, topu qapıdan keçirmək lazımdır. Hücumçular gözəl qol vurmaq istəyirdilər. Ancaq futbolda əsas qol vurmaqdır. Fərqi yoxdur, bu, necə oldu. Komandanın çalışqanlığından razı qalmışam. Narazı qalmağım qol vura bilməməyimiz, qalib gələ bilməməyimiz oldu. İlk hissədə Rauf Əliyevə qarşı qayda pozuntusu vardı. Ancaq mən bunu əsas gətirmirəm.
- Alman hakimlər də sizə qarşı ədalətsiz oldu. Həmyerlilərinizdən belə idarəçilik, tərəfkeşlik gözləyirdiniz?
- Daha ədalətli hakimlik gözləyirdim. Ancaq nəinki alman hakimlərdən, ümumiyyətlə, hakimlərdən kömək gözləmirəm. Mən hakim haqda danışmağı sevmirəm. Ancaq qərar səhv idi.
- Futbolda bəxtsizlik 10 faiz olar. Bəs 90 faiz? Oyunun yalnız standart vəziyyətlər üzərində qurulmağı nə ilə bağlıdır?
- Futbolçularda konsentrasiya çatışmır. Bu, son ötürmələrdə özünü göstərdi. Bu, milli komandanın ən yaxşı oyunlarından idi.
- Azərbaycanda bu nəticə mənfi qarşılanacaq, sizə, milli komandaya tənqidlər çox olacaq. Onlara sözünü nədir?
- Bu, yoldaşlıq görüşü idi. Almaniya Avropa çempionatına az qalmış İsveçrə yığmasına uduzub, onlar nə etsinlər? Azərbaycan heç vaxt bu qədər qol imkanları yaratmayıb. O tənqidlərlə razıyam ki, qol vura bilmədik. Seçmə mərhələdə ilk rəqibimiz olacaq İsrail yığması 10 nəfərli müdafiə olunmayacaq. Onda bizə rahat olacaq.
- Millidə debüt edən Uğur Pamukun oyununu necə qiymətləndirərdiniz? Ümumiyyətlə, milliləşdirilən türkiyəli futbolçular nə dərəcədə razısınız?
- Kimisə tənqid etmək istəməzdim. Mənim üçün futbolçunun harada oynamağım fərqi yoxdur. Əsas komanda oyunudur. Bizə qol vurmaq çatmır ki, bunun üzərində işləmək lazımdır. Biz bir komandayıq, kimin haradan gəldiyini fərqləndirmək istəməzdim.
- Futbolçuların meydandakı davranışları, bir-birinin üstünə qışqırmamağı üçün nəsə intizam tədbirləri görmək fikrindəsiniz?
- Siz bilsəydiniz ki, Almaniya yığmasının futbolçuları bir-birinə 90 dəqiqədə necə kobud sözlər deyir. Ancaq hakimin fitindən sonra onlar dostdurlar, bir-birini söymürlər. Bu, emosiyalardır və aqressiv oyunun bir hissəsidir. Siz ona görə bunları eşitdiniz ki, oyunda azarkeşlər az idi. Çox olanda, bunu eşidə bilməzsiniz.
- Belə oyunla seçmə mərhələdə necə xala ümid edə bilərik?
- Bəlkə 2 xal qazanarıq. Çünki qol vurmasaq, 2 dəfə 0:0 heç-heçə edərik. Siz Azərbaycan çempionatında bu qədər qol imkanları görmüsünüz? Rauf Əliyev gözəl qol vurmaq istədi. Ancaq sadə zərbə ilə qol vurmalı idi. İnanıram ki, ilk qolu vursaydıq, arxası gələcəkdi. Almaniyanın ən yaxşı hücumçusu olan Herd Müllerin sadə qollarla bombardir olub, heç vaxt ayın qolunu vurmayıb. Ancaq indiyə kimi ən sərrast oyunçudur.
- Növbəti seçmə mərhələdə neçə xal yığmağı hədəfə almısız?
- Bunu hesablamamışam. Mən yaxşı oyun gözləyirəm və tələb edirəm. Rəqibə qarşı sadə futbola, müqavimətlə, əzmkarlıqla oynamaq lazımdır. Məni necə xal yığmaq yox, əsas yaxşı oyun maraqlandırır.
Mehman SÜLEYMANOV
Frankfurt

0
0