“Andorraya 6:0 hesabı ilə qalib gəlməli idik”
30.05.2012 - 23:00
Azərbaycan millisinin futbolçusu Elvin Məmmədovun apasport.az saytının Almaniyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Andorra yığmasına qarşı oyununuzu necə dəyərləndirərdiniz?
- Nə pis oynadıq, nə də yaxşı. Ancaq qol epizodlarımız var idi. Sadəcə, bundan istifadə edə bilmədik. Bu gün bizdə bəxtsizlik vardı. Başqa nə deyə bilərəm ki?
- Sizin fikrinizsə, hesab necə olmalı idi?
- Hesab minimum 3:0 bizim xeyrimizə olmalı idi. Əslində, bəlkə 5:0, 6:0 hesabı ilə qalib gəlməli idik. Ancaq olmadı.
- Rəqibin oyununu necə qiymət verərdiniz? Onlar bizə qarşı 90 dəqiqə müdafiə olunmaqla, müqavimət göstərdi, hətta təhlükəli vəziyyət də yaratdı...
- Düzdür, rəqib demək olar axıra kimi müdafiədə “oturdu”. Bizə qol vurmağa imkan vermədi. Ancaq bunun müqabilində çoxlu qol epizodlarımız oldu. Ancaq bunları dəyərləndirə bilmədik.
- Uzun fasilədən sonra millidə oynadınız. Qayıdışınızla bağlı təəssüratlarınız necədir?
- Əlbəttə, xeyli vaxtdır, 1 ildir yığmada oynamırdım. Əlbəttə, bu müddətdən sonra millidə oynayanda, uyğunlaşma bir az çətin olur. Əlimdən gələni etdim. Düzdür, bundan da yaxşı oynaya bilərdim.
- Növbəti seçmə mərhələyə az qaldığı bir vaxtda, Andorra yığması ilə qolsuz bərabərlik böyük əks-səda doğuracaq, narazılıq, tənqidlər olacaq. Azarkeşlərimiz bu nəticədən sonra millidən nə gözləsinlər?
- Əlbəttə ki, dedikləriniz olacaq. Futbolçular da həqiqətən bunun fərqinə varırdı ki, bu, mövsümdə son oyunu idi və biz də yaxşı nəticə gözləyirdik. Ancaq olmadı. İnşallah, seçmə mərhələdə yaxşı olar. Orada evdə oyunlarımız olacaq. İnşallah, seçmə mərhələyə bundan da məsuliyyətli yanaşıb, yaxşı nəticə göstərəcəyik.
Mehman SÜLEYMANOV

0
0