“Bizim oyunçular psixoloji cəhətdən görüşə hazır deyildilər”
30.05.2012 - 23:38
“Bərabər səviyyəli oyun oldu. Yaponiya yığması mütəşəkkil komandadır”. Apasport.az saytının xəbərinə görə, bunu Özbəkistan yığmasının (U-17) baş məşqçisi Dilşod Nuraliyev deyib.
Bakıda keçirilən “II Caspian Cup”da Yaponiya üzərində qələbə qazanan (2:0) özbəklərin çalışdırıcısı bildirib ki, hər iki komandanın qol vurmaq şansı olub: “Lakin rəqibimiz yox, biz bu şanslardan istifadə edə bildik”.
Yaponiya yığmasının baş məşqçisi Hirofumi Yoşitake isə oyunla bağlı bunları deyib: “Ötən il Özbəkistan yığması ilə keçirdiyimiz 3 oyundan ikisində uduzub, birində heç-heçə etmişdik. Özbəklərin güclü komandası var və bizə qarşı yaxşı oynayırlar. Bizim oyunçular psixoloji cəhətdən görüşə hazır deyildilər. İlk dəqiqələrdə qapımıza penalti təyin edildi. Buna baxmayaraq, birinci hissədə yaxşı oynadıq. Amma fasilədən sonra çoxlu səhvlər etdik. Çalışacağıq ki, növbəti oyunlarda bu səhvləri buraxmayaq və qalib gələk».

0
0