“Top gah tirə dəyirdi, gah da dirəyə” - MÜSAHİBƏ
31.05.2012 - 12:00
Azərbaycan yığmasının futbolçusu Rizvan Umarovun apasport.az saytına müsahibəsi
- Andorra yığmasına qalib gələ bilməməyimizin səbəbini nədə görürsünüz?
- Oyuna çox yaxşı başladıq. Pressinq etdik və rəqib özünü itirmişdi. Ancaq bizim nədəsə bəxtimiz gətirmədi.
- Bu qədər qol imkanları yaratdığınız halda, niyə bircə dəfə fərqlənə bilmədiniz?
- Bunu bəxtlə əlaqələndirirəm. Qapıya o qədər zərbə endirdik ki... Ancaq top gah tirə dəyirdi, gah da dirəyə.
- Öz oyununuzu necə dəyərləndirərdiniz? Meydana əsas heyətdə çıxsanız da, artıq fasilədə əvəzlənməyiniz taktiki gedişin, yoxsa nəyin nəticəsidir?
- Bilmirəm. Bunu baş məşqçi müəyyənləşdirir. Öz oyunum haqda heç nə deyə bilmərəm. Ola bilər ki, elə də yaxşı oynamadım.
- Yarımmüdafiənin sağ cinahında oynadınız. Bəlkə bu mövqedə oyununuz alınmır?
- Yox. Niyə ki? Mən həm sağda, həm də solda oynaya bilərəm. Sadəcə, Andorra ilə matçda alınmadı.
- Qarşıdan dünya çempionatının seçmə mərhələ oyunları gəlir. Millidə gələcək perspektivinizi necə görürsünüz?
- Yaxşı köklənmək lazımdır. Bu zaman hər şey yaxşı olacaq. Portuqaliya , Rusiya yığmaları ilə oyunlara yaxşı köklənmək və özünə inanmaq lazımdır. Özümə gəlincə, seçmə mərhələdə mənə güvəniləcəyini bilmirəm.
- İspaniyadakı klub karyeranız necə davam edir?
- Hələlik hər şey yaxşıdır. İşlərim qaydasındadır. Birinci liqada çıxış edən “Elçe”nin əsas komandası ilə məşq edirəm. Ümid edirəm ki, artıq gələn mövsümdə əsas komandasında oynayacağam.
Mehman SÜLEYMANOV
Frankfurt

0
0