Andorranın qeyri-adi seriyası qırıldı
31.05.2012 - 10:18
Andorranın qeyri-adi seriyası qırıldı
Andorra milli komandasının qeyri-adi seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, ardıcıl 35 oyundur uduzan “cırtdan ölkə” təmsilçisi yığmamızla yoxlama matçında bu uğursuzluğa son qoyub.

Belə ki, sonuncu dəfə 2007-ci il fevralın 7-də uduzmayan Andorra futbolçuları həmin vaxt Ermənistanla heç-heçə etmişdi – 0:0. Bu qarşılaşmadan sonrakı bütün oyunlarda uduzan komanda Berti Foqtsun yetirmələri ilə heç-heçə (0:0) edərək, 1939 günlük məğlubiyyət seriyasını qırıb.

Qeyd edək ki, Koldo Alvaresin yetirmələri 35 “qara oyun”da yenilgilərdən birini elə millimizdən almışdı. Həmin vaxt yığmamız 2:1 hesabı ilə qalib gəlmişdi.