Alvares: Azərbaycan yığması bizə çətin anlar yaşadırdı
31.05.2012 - 10:44
Andorra millisinin baş məşqçisi Koldo Alvares Azərbaycanla oyun barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Cırtdan ölkə”nin çalışdırıcısı 0:0 hesabı ilə başa çatan qarşılaşmada yetirmələrinin əzmkarlığını yüksək qiymətləndirib.
Onun sözlərinə görə, komandası verdiyi tapşırıqları düzgün yerinə yetirib: “Mən futbolçularımızın meydanda gördüyü işdən çox razı qaldım. Onların belə uğurlu çıxışını yüksək qiymətləndirəm. Biz Azərbaycanla necə mübarizə aparmaq lazım olduğunu bilirdik. Bəzən rəqib bizə çətin anlar yaşadırdı, bəzən isə əksinə olurdu”.
Qeyd edək ki, 35 oyundur məğlub olan Andorra Azərbaycanla matçda uğursuz seriyaya son qoyub.

0
0