Milli komandamız Litvada hazırlıq keçəcək
31.05.2012 - 11:14
Milli komandamız Litvada hazırlıq keçəcək
Azərbaycan milli komandasının (U-19) növbəti təlim-məşq toplanışının vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun çalışdırdığı komanda iyunun 10-dan 20-nə qədər Litvanın Palanqa şəhərində hazırlıq keçəcək.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısı isə tezliklə açıqlanacaq.

Mənbə: affa.az