“Bakı” Almaniyada kubok qazanıb
31.05.2012 - 14:11
Hamburqda 28 May - Respublika Gününə həsr olunmuş mini-futbol turniri keçirilib
Almaniyada fəaliyyət göstərən “Buta” Cəmiyyətinin təşəbbüsü ilə Hamburqda 28 May – Respublika Gününə həsr olunmuş mini-futbol turniri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Buta” Cəmiyyətinin rəhbəri Rüfət Seyidzadə turnir iştirakçıları və tamaşaçıları 28 May – Respublika Günü münasibətilə təbrik etdikdən sonra oyunlara start verilib.
Turnirdə kubok uğrunda 7 komanda mübarizə aparıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirdə keçirdiyi 6 oyundan 5-də qalib gələn “Bakı” klubu kuboku qazanıb, ikinci yeri “İnternationaler Bund” (IB), üçüncü yeri “İsraillilər” tutublar. Turnirin ən yaxşı qapıçısı “Bakı” klubunun qolkiperi Natiq, ən yaxşı oyunçusu isə İsrail komandasının futbolçusu seçilib.
Turnir ərzində Azərbaycan milli musiqisi səsləndirilib. “Buta” Cəmiyyəti mini-futbol turnirlərini ildə iki dəfə keçirməyi planlaşdırır.

0
0