Berti Foqts qayıtmadı
31.05.2012 - 15:15
Berti Foqts qayıtmadı
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Bakıya qayıtmayıb. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı Frankfurt şəhərində Andorra ilə yoxlama matçından sonra vətənində qalmağa qərar verib.

Buna səbəb Foqtsun DÇ-2014-ün seçmə qrup mərhələsində rəqibimiz olan İsrail millisinin yoldaşlıq oyununu canlı izləməkdir. Belə ki, israillilər bu gün Almaniya yığmasının qonağı olacaqlar. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Qeyd edək ki, Berti Foqtsun yetirmələri DÇ-2014-ün qrup mərhələsinin ilk matçını İsrail yığmasına qarşı keçirəcək. Bu oyun sentyabrın 7-də Azərbaycanda olacaq.