Yığmamızın oyunu canlı yayımda
31.05.2012 - 15:38
Yığmamızın oyunu canlı yayımda
Azərbaycan millisinin (U-17) oyunu canlı yayımlanacaq. Apasport.az-ın məlumatına görə, AFFA və AccessBank-ın birgə təşkilatçılığı ilə keçirilən II Caspian Cup turnirinin ikinci oyun günü çərçivəsində Təbriz Həsənovun yetirmələrinin Qazaxıstanla qarşılaşmasını “İdman Azərbaycan” kanalı və affatv.az saytı birbaşa yayımlayacaq.

Bundan əlavə, bu gün saat 17:00-da keçiriləcək Litva – Qırğızıstan oyunu da affatv.az-da nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Mənbə: affa.az