AVRO-2012: Rusiyanın da heyəti açıqlandı
31.05.2012 - 16:29
AVRO-2012: Rusiyanın da heyəti açıqlandı
Rusiya millisinin AVRO-2012-nin final mərhələsi üçün yekun heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Dik Advokat güvənəcəyi “23-lüyü” açıqlayıb.

DÇ-2014-də Azərbaycan yığmasının rəqibi olan şimal qonşularımız həlledici oyunlarda cəmi 2 legionerə bel bağlayacaqlar. Hollandiyalı çalışdırıcının açıqladığı siyahıda hücumçular isə yarımmüdafiəçilərdən çoxdur.

Qapıçılar: İqor Akinfeyev (MOİK), Vyaçeslav Malafeyev (“Zenit”), Anton Şunin (“Dinamo” M).

Müdafiəçilər: Aleksandr Anyukov (“Zenit”), Aleksey Berezutski, Sergey İqnaşeviç, Kirill Nababkin (hər ikisi MOİK), Vladimir Qranat (“Dinamo” M), Yuri Jirkov (“Anji”), Dmitri Kombarov (“Spartak” M), Roman Şaronov (“Rubin”).

Yarımmüdafiəçilər: İqor Denisov, Konstantin Zıryanov, Roman Şirokov (hər üçü “Zenit”), Denis Qluşakov (“Lokomotiv”), İqor Semşov (“Dinamo”).

Hücumçular: Andrey Arşavin, Aleksandr Kerjakov (hamısı “Zenit”), Alan Caqoyev (MOİK), Marat İzmaylov (“Sportinq” Portuqaliya), Aleksandr Kokorin (“Dinamo” M), Roman Pavlyuçenko (“Lokomotiv”), Pavel Poqrebnyak (“Fulhem”, İngiltərə).