“Qəbələ” Rəşad Abdullayevlə 1 illik müqavilə bağlayır - FOTO
31.05.2012 - 17:52
“Qəbələ” yeni transferi Rəşad Abdullayevi ictimaiyyətə təqdim edib. Apasport.az saytının məlumatına görə, bu məqsədlə təşkil olunan mərasimdə 31 yaşlı yarımmüdafiəçiyə 27 nömrəli forma verilib.
Klubun vitse-prezidenti Fariz Nəcəfov bildirib ki, növbəti mövsümdə “Qəbələ”nin qarşısına böyük hədəflər qoyulub: “Bu gün transfer etdiyimiz Rəşad Abdullayevin potensialını bütün Azərbaycan bilir. İnanırıq ki, o, potensialını komandamızda da göstərəcək”.
Qeyd edək ki, Rəşad Abdullayevlə 1 illik müqavilə bağlanılıb.

0
0