Tale Heydərov: Əsas odur ki, hakimlər oyunları qərəzli idarə etməsinlər
31.05.2012 - 18:37
Tale Heydərov: Əsas odur ki, hakimlər oyunları qərəzli idarə etməsinlər
“Qəbələ” klubunun 2014-cu ildə istifadəyə veriləcək yeni stadionu 7 min tamaşaçı tutumuna malik olacaq. Amma tribunalar elə tikiləcək ki, sonradan onu artırmaq imkanı olsun”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib.

T.Heydərov klubun transfer siyasəti ilə bağlı danışarkən qeyd edib ki, bu məsələni məşqçilərin ixtiyarına buraxıb.

“Qəbələ”nin prezidenti Unibank Premyer Liqasında hakimliklə bağlı danışarkən bildirib: “Hakimlərlə bağlı səhvlər olur. Amma əsas odur ki, hakimlər oyunları qərəzli idarə etməsinlər”.

Baş məşqçisi Fatih Kavlakın fəaliyyətinə münasibət bildirən T. Heydərov türkiyəli mütəxəssisə güvəndiyini deyib: “Biz bu il kuboku qazana bilmədik. Növbəti mövsüm isə komandanın qarşısına həm kuboku qazanmaq, həm də çempion olmaq vəzifəsi qoyulacaq. Mövsümün gedişində isə baş məşqçimizi dəyişmək fikrimiz yoxdur. Çünki bu, komandanın oyununa mənfi təsir edir”.