İngiltərə millisində Lempard şoku
31.05.2012 - 22:06
İngiltərə millisi Avro-2012 öncəsi ciddi itki ilə üzləşib. Apasport.az saytının xəbərinə görə, yığmanın aparıcı futbolçusu Frenk Lempard zədələnərək sıradan çıxıb.
Məşq zamanı bud nahiyəsindən zədələnən futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil. Lakin komandanın həkimləri Lempardın zədəsinin ciddi ola biləcəyini bildirib.
Qeyd edək ki, İngiltərə millisinin baş məşqçisi Roy Hocsonun Lempardı heyətdən kənarlaşdırılacağı təqdirdə "Liverpul"dan Yordan Hendersonu yığmaya dəvət edəcəyi gözlənilir.

0
0