“Mançester Yunayted” canlı əfsanəsini saxladı
31.05.2012 - 23:07
“Mançester Yunayted” canlı əfsanəsini saxladı
"Mançester Yunayted" İngiltərə futbolunun canlı əfsanəsi Pol Skoulzla bağlı qərarını verib. Apasport.az saytının xəbərinə görə, karyerasını bitirib, daha sonra qərarını dəyişərək, yenidən yaşıl meydançalara qayıdan yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb. Veteran futbolçu daha bir il komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Pol 1993-cü ildən "Mançester Yunayted"in şərəfini qoruyur. Bu müddətdə o, 482 oyun keçirib və 106 qola imza atıb. 39 yaşlı futbolçu 19 il ərzində "Mançester Yunayted"lə 24 kubok qazanıb.