Ceyhun Sultanov özünə klub tapdı
01.06.2012 - 08:36
“Sumqayıt” növbəti transferini reallaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Gənclik şəhəri”nin təmsilçisi Aftandil Hacıyev, Emin Cəfərquliyev və Sabir Allahquliyevin ardından Ceyhun Sultanovu rənglərinə bağlayıb.
Son mövsümü “Kəpəz”də keçirən futbolçu ilə 1 illik müqavilə imzalanıb. 32 yaşlı Sultanov “Sumqayıt”da 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ceyhun ötən mövsüm “Kəpəz”in heyətində Premyer Liqada 24 qarşılaşmada 5 qola imza atıb. O, həmçinin 14 dəfə millimizin formasını geyinib və rəqib qapılarından 1 top keçirib.

0
0