“Azərbaycan yığması səhvlərdən yararlanmağın yolunu tapdı”
01.06.2012 - 09:47
“Azərbaycan yığması səhvlərdən yararlanmağın yolunu tapdı”
“Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmırdı. Çünki Qazaxıstan yığması güclü müqavimət göstərirdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının (U-17) baş məşqçisi Təbriz Həsənov deyib.

O, II Caspian Cup beynəlxalq turnirdə Qazaxıstan yığmasına 4:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: “İkinci hissədə daha yaxşı oynadıq və bunun məntiqi nəticəsi kimi böyükhesablı qələbə qazandıq”.

Qazaxıstan yığmasının baş məşqçisi Pavel Travnik isə birinci hissədə nümayiş etdirdikləri oyundan razı qalıb: “Lakin fasilədən sonra səhvlərə yol verməyə başladıq. Rəqib də bu səhvlərdən yararlanmağın yolunu tapdı”.

Mənbə: affa.az