AVRO-2020: GFF və AFFA prezidentləri bir araya gəlir
01.06.2012 - 10:16
AFFA prezidenti Rövnəq Abdullayev Batumiyə yollanıb. Apasport.az saytının Batumiyə ezam olunan əməkdaşının məlumatına görə, assosiasiya rəhbəri bu gün Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava ilə görüşəcək.
Görüşdə 2020-ci il Avropa çempionatına Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etməsi ilə bağlı hazırlıqların ümumi proqramı təqdim olunacaq və ardından memorandum imzalanacaq.
Ardından hər iki federasiya rəhbəri jurnalistlər üçün brifinq keçirəcək.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan AVRO-2020-nin birgə ev sahibliyinə dair ərizəni UEFA-ya təqdim edib.
Mehman SÜLEYMANOV
BATUMİ

0
0