Draqan Corceviç: Azərbaycan Avropa çempionatını keçirə bilər
01.06.2012 - 13:11
“Azərbaycanın Gürcüstanla birlikdə AVRO-2020-nin ev sahibliyi üçün namizədliyini verdiyindən xəbərim var. Düşünürəm ki, bu, mümkündür”. Bu sözləri apasport.az saytına müsahibəsində Serbiya Futbol Federasiyasının vitse-prezidenti Draqan Corceviç deyib.
Qəbələdə keçirilən I Qəbələ Kubokunun qonağı olan SFF rəsmisi ölkəmizdə gördüyü meydanlar və şəraitdən razı qalıb.
O, gördüklərinə əsasən Azərbaycanın AVRO-2020-ni qəbul etmək perspektivinə münasibət bildirib: “Bu qənaətə Qəbələdə gördüklərimdən sonra gəldim. Burada gördüyüm infrastruktur, görülən işlərə əsasən deyə bilərəm ki, Qəbələdəki kimi digər yerlərdə də belə tikinti gedərsə, Azərbaycan Avropa çempionatını keçirə bilər”.

0
0