Millimiz Norveçə məğlub oldu
01.06.2012 - 21:50
Millimiz Norveçə məğlub oldu
Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, final mərhələsi gələn il keçiriləcək yarışa vəsiqə ugrunda mübarizə aparan Azərbaycan milli komandası da növbəti sınağını çıxıb.

8-ci seçmə qrupda mübarizə aparan Bernard Lippertin yetirmələri bu dəfə Norveç yığması ilə üz-üzə gəlib. Komandamız turnirdə növbəti məğluboyyətini bu səfər qarşılaşmasında alıb – 0:1.

1 iyun

NORVEÇ – AZƏRBAYCAN - 1:0
QOL: Markus Pedersen, 29
Baş hakim: Dimirar Meçkarovski (Makedoniya)
Drammen, “Marienlyst” stadionu

1. İngiltərə 6 5 0 1 21-3 15
2. Norveç 5 3 1 1 8-4 10
3. Belçika 6 2 2 2 11-12 8
4. Azərbaycan 6 1 1 4 4-15 4
5. İslandiya 5 1 0 4 12-10 3