AVRO-2020: AFFA və GFF prezidentlərinin görüşü başladı
01.06.2012 - 15:12
Bu gün Gürcüstan Futbol Federasiyası (GFF) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyi arasında görüş keçirilir. Apasport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşının məlumatına görə, Batumidə “Redisson” otelində keçirilən görüşdə AFFA prezidenti Rövnəq Abdullayev gürcü həmkarı Zviad Siçinava ilə 2020-ci il Avropa çempionatının final mərhələsini birgə keçirməklə bağlı məsələni müzakirə edirlər.
AFFA-nın baş katibi Elxan Məmmədovun da iştirak etdiyi tədbirdə bu ölkələrin məsul turniri birgə təşkil etmək fikrini rəsmi sənəddə əks etdirən memorandum imzalanacaq.
Qeyd edək ki, bu, 2 ölkənin AVRO-2020-ni birgə keçirmək ideyası ortaya çıxandan sonra federasiya prezidenti səviyyəsində ilk görüşdür. Gürcüstan prezidenti Mixail Saakaşvili bu il Bakıya səfəri zamanı Milli Məclisdə çıxışı zamanı səsləndirmişdi.
Mehman SÜLEYMANOV
Batumu

0
0