Milan Antiç: Azərbaycan mənə doğmalaşıb
01.06.2012 - 16:29
“Kəpəz”lə müqaviləm başa çatıb. Lakin Azərbaycandan ayrılmaq fikrim yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında serbiyalı futbolçu Milan Antiç deyib.
Azərbaycanda “Qəbələ” və “Kəpəz” klublarının formasını geyinmiş legioner Qəbələdə təşkil olunan turnirin qonaqları sırasındadır. I Qəbələ kubokunu izləyən Antiç gələcək karyerası haqda fikirlərini açıqlayıb: “Vətənim Serbiya və digər ölkələrdən olan təkliflər mənə maraqlı deyil. Bu üzdən yalnız Azərbaycan klubları haqda düşünürəm. Onlardan bir neçəsi ilə danışıqlar aparıram. Danışıqlar hələ konkret olmadığı üçün ad çəkmək istəmirəm.
Lakin Azərbaycandan kənarda oynamaq istəmirəm. Çünki neçə illərdir “Qəbələ”də, ardınca “Kəpəz”də oynamışam. Buralar mənim üçün doğmalaşıb. Başqa yerdə oynamaq istəmirəm. Yəqin ki, yaxın müddətdə karyerama aydınlıq gətirəcəyəm”.

0
0