Draqan Corceviç: Belə bir turnirə baxanda, adamın ürəyi açılır - MÜSAHİBƏ
01.06.2012 - 23:01
Serbiya Futbol Federasiyasının vitse-prezidenti Draqan Corceviçin apasport.az saytına müsahibəsi
- I Qəbələ Kuboku ilə bağlı fikirləriniz necədir?
- Çox gözəl təşkil olunub. Belə bir turnirə baxanda, adamın ürəyi açılır. Hər şey yaxşı, çox gözəldir. Təşkilatçılığa söz ola bilməz. Turnir UEFA səviyyəli yarışlar, yeniyetmələrin qitə çempionatının seçmə mərhələsinin mini turnirləri səviyyəsində təşkil olunub. İnfrastruktur, meydançalar da öz yerində.
- Bu turnirin əhəmiyyəti haqda nə düşünürsünüz?
- Belə turnirlər yeniyetmə futbolçuların üzə çıxarılması, onların nəyə qadir olduğunu göstərmək baxımından yaxşıdır. Lakin bu UEFA turnirlərindən yalnız iştirakçıların sayında geri qalır. Orada bütün ölkələr təmsil olunur. Buradakı gözəl turnirdə daha çox ölkə təmsilçisi iştirak etsəydi, həmin komandalar üçün də yaxşı olardı.
- Daha çox komandanın iştirakı turnirin vaxtının uzanması deməkdir. Belə çıxır ki, burada daha uzun müddət qalmağın əlehinə deyilsiniz. Belədirsə növbəti illərdə də Serbiya yığmasını Qəbələ Kubokunda görə biləcəyikmi?
- Turnirdə hər şey ürəyimizcədir. Məmnuniyyətlə növbəti turnirlərə gələrdik. Lakin Serbiya yığması Qəbələ Kubokuna gəlməyəcək. Çünki ölkəmizin klublarına da belə gözəl turnirdə oynamaq imkanı vermək fikrindəyik. Növbəti il “Srvena Zvezda” yə ya “Partizan” kimi klublardan birini Qəbələyə göndərəcəyik. Bu, başqa kluba da nəsib ola bilər.
- Burda gördüyünüz infrastrukturu təriflədiniz. Serbiyada bu istiqamətdə vəziyyət necədir?
- Serbiya futbolunun inkişaf etməsi, yeniyetmə futbolçuların üzə çıxmasında bizdə olan infrastrukturun rolu var. Ölkəmizdə serb futbol məktəbi, üstəlik yüksək səviyyəli mütəxəssislər var. Federasiyanın inşa etdirdiyi idman mərkəzi Avropada birinci olacaq. “Srvena Zvezda”, “Partizan”, “Voyvodina” kimi klublarımızın bazası və meydançaları da istedadların yetişməsi üçün yetərlidir.
- Qrupda I yeri tutdunuz. Kuboku qazanmaq yolunda hansı klubu əsas rəqibiniz görürsünüz?
- Digər rəqiblər klublardır. Biz isə milli komandayıq. Bunu meydanda da sübut etməliyik. Kuboku qazanmaq niyyətindəyik.

0
0