“Avtomobilimi Lyubo Baraninə vermişəm” – MÜSAHİBƏ
02.06.2012 - 12:13
“Qəbələ” və “Kəpəz” klubunun sabiq futbolçusu Milan Antiçin apasport.az saytına müsahibəsi
- Mövsümün başa çatmasından az sonra Azərbaycana qayıtmağınızın səbəbi nədir?
- Bildiyiniz kimi, “Qəbələ”də 2 gözəl il keçirmişəm. Bura qayıtmaq mənim üçün çox xoşdur. “Qəbələ”də bütün insanlarla münasibətim var və onları görməyimə şadam. Klubdan mənimlə əlaqə saxlayıb, Serbiyadan komanda dəvət etmək istədiklərini dedilər. Mən də Serbiya Futbol Federasiyasındakı tanışlarımla əlaqə qurdum. Onlara turnir haqda, meydanlar barədə məlumat verdim, yaxşı komandaların gələcəyini, yarışın nə dərəcədə yaxşı olacağını dedim. U-15-in baş məşqçisi də, federasiyanın vitse-prezidenti də köhnə dostlarımdır.
- Qəbələ sizin üçün doğma yer sayılır...
- Qəbələ mənim üçün ən sevimli şəhərdir.
- Burada hansı hissləri keçirirsiniz?
- Klubda birgə çalışdığım insanlarla görüşdüm. Bu çox xoş hisslər idi.
- Yəqin ki, yalnız bir şeyə təəssüflənirsiniz. Turnir mövsüm vaxtına təsadüf etsəydi, komanda yoldaşlarınızla da görüşə bilərdiniz...
- Bəli. Düz deyirsiniz. Bu, lap əla olardı. Amma qarşıda mövsüm var. Karyeramı Azərbaycanda davam etdirib, hamısı ilə görüşəcəyəm.
- Serbiyada olarkən Azərbaycanda çıxış edən həmyerlilərinizlə görüşürsüz?
- Lyubo Baraninlə 2 il bir otaqda yaşamışam. “Qəbələ”də oynadığım dövrü deyirəm. İndi Qəbələyə gələndə də avtomobilimi ona verdim ki, qayıdana qədər sürsün.
- Onu da turnirə gətirərsiniz də...
- Bir həftə əvvəl burda olub. Bu dəqiqə onun başı çox qarışıqdır. Klub axtarışı ilə məşğuldur.
- Bəs digər həmyerliləriniz?
- Boyan Pavloviç, Ekrem Hodziç, Miloş Zeçeviç, Branimir Subaşiç və başqaları ilə dostluq edirik. Bizim latviyalı qapıçı var idi - “Qəbələ”də Pavel Doroşev. Onunla da əlaqə saxlayırıq.
- Yığma ilə qayıdacaqsınız? Yoxsa Azərbaycanda qalmaq istədiyiniz üçün klublarla danışıqlar aparacaqsınız?
- Milli ilə qayıdıram. Danışıqları orada aparacağam. Sonra isə klubumun düşərgəsinə gələcəyəm.
- Turnir haqda nə düşünürsünüz?
- Hər şey əla təşkil olunub. Güclü komandalar dəvət olunub. Meydançalar yaxşıdır. Yalnız bir şey arzulamaq qalır: turnirin ənənəvi olmasını.
- Gələcəkdə turnirin yeniyetmələr deyil, böyüklər arasında olmasına necə baxırsınız?
- Bu, əla olardı.
- Yeni komandanızın heyətində Qəbələnin meydanlarındakı həmin turnirlərdə oynamaq istəyərdinizmi?
- Niyə də olmasın? Məmnuniyyətlə oynayaram.

0
0