“Qarabağ” yeni qurulan komandadır”
01.06.2012 - 20:15
“Qarabağ” yeni qurulan komandadır”
“Qarabağ” yeni qurulan komandadır. Yüz illik tarixə malik komandalarla oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun koordinatoru Uğur Kulaksız deyib.

Əvvəllər “Kayserispor”da çalışan mütəxəssis I Qəbələ kuboku haqda fikirlərini açıqlayıb: “Üstəlik bundan əvvəl bu tip yarışlarda oynamamışıq. Eyni zamanda komandanın yarısını turnirə gətirmədik. 1997-ci il təvəllüdlülərlə bir yaş kiçiklərin sintezini yaradıb turnirə gəldik. Əsas odur ki, onlar avropalı həmyaşıdları ilə oyun keçirib, inkişaf edəcəklər, təcrübə toplayacaqlar. Azərbaycanlı futbolçular çox istedadlıdır. Bütün klublara diqqət güclənsə, inkişaf olacaq. 3-4 il sonra harada olduğumuzu sübut edəcəyik. Təşkilatçılara belə turnir təşkil etdikləri üçün təşəkkür edirəm”.