Serbiya prezidentinin oğlu: Qəbələdə gözləmədiyimizi gördük
01.06.2012 - 20:31
Serbiya prezidentinin oğlu: Qəbələdə  gözləmədiyimizi gördük
“Yarışda iştirak etməyi “Qəbələ”nin sabiq futbolçusu Milan Antiç təklif etdi. Bura haqda çox eşitmişdik. Amma gələndə gözləmədiyimizi gördük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiya milli komandasının baş məşqçisi Branislav Nikoliç deyib.

O, I Qəbələ kuboku turniri haqda fikirlərini açıqlayıb: “Bu yarış yığmamız üçün birincidir. Serbiya yığmasının bazası burda gördüyümüzdən də böyükdür. Lakin “Qəbələ” işlərini tamamlamayıb”.

Serbiyanın yeni prezidentinin oğlu atası haqda suala cavab verməkdən boyun qaçırıb: “Mənə bir də siyasətdən sual versəniz, gələn dəfə qarşınıza çıxmayacağam. Çünki siyasətdə olmaq istəmirəm. Finalda “Qalatasaray”la qarşılaşmaq istərdik. Çünki “Levante” ilə artıq oynamışıq”.