“Bundan böyük xoşbəxtlik ola bilməz”
01.06.2012 - 23:02
“Neftçi” hazırda 17 yaşadək futbolçulardan ibarət yığmamızla II Caspian Cup turnirində iştirak edən Fəhmin Muradbəylini əsas komandanın heyətinə cəlb edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, məşqçilər korpusunun qərarı ilə gənc futbolçu əsas komanda ilə birgə təlim-məşq toplanışlarında iştirak edəcək.
Muradbəyli II Caspian Cup turnirində meydana çıxdığı 2 oyunda fərqlənməyə müvəffəq olub. Futbolçu əsas komandaya cəlb olunması ilə bağlı fikirlərini bildirib: “Neftçi”nin əsas komandasına cəlb olunmaq hər gənc futbolçunun arzusudur. Sevinirəm ki, məşqçilər heyəti bu şansı mənə verdi. Gənc futbolçu üçün bundan böyük xoşbəxtlik ola bilməz”.

0
0