Yenə cəzalandı
01.06.2012 - 23:13
A və B seriyalarındakı danışılmış oyunlarla bağlı növbəti qalmaqala görə açılmış işə baxılıb. Apasport.az saytının xəbərinə görə, aAraşdırmaların yekunlarına əsasən, yüksək dəstənin klubları arasında ən ciddi cəzanı “Atalanta” alıb. Belə ki, Berqamo təmsilçisinin növbəti mövsüm üçün hesabından 2 xal silinib və klub 25 min avro məbləğində cərimələnib. Ötən mövsüm “Atalanta”nın hesabından 6 xal silindiyini də xatırladaq.
B seriyasının 3 klubu da yeni mövsümü mənfi göstəricilərlə başlayacaqlar: “Qrosseto”nun hesabından 6 xal, “Modena”dan 2 xal, “Askoli”dən isə 1 xal silinib.
B seriyasının 3 klubu da yeni mövsümü mənfi göstəricilərlə başlayacaqlar: “Qrosseto”nun hesabından 6 xal, “Modena”dan 2 xal, “Askoli”dən isə 1 xal silinib.
0
0