Nodar Məmmədov: Məni hesabdan silmək tezdir - MÜSAHİBƏ
01.06.2012 - 23:05
Müxtəlif yaş qrup üzrə milli komandalarımızın formasını geyinmiş Nodar Məmmədov lider keyfiyyəti ilə seçilən futbolçulardandır. Formasını geyindiyi müddətdə U-21-in kapitanı olan Məmmədov indi “Qəbələ”nin uğurları üçün tər tökür. 2 il əvvəl əyalət klubu ilə müqavilə imzalayan gənc futbolçu komandadakı çıxışını davam etdirmək niyyətindədir. Özünün də dediyi kimi, “Qəbələ” rəhbərliyi və məşqçilər korpusu onun xidmətində maraqlıdır. Nodarla həm başa çatmış çempionat, həm də növbəti mövsüm haqda söhbətləşdik.
- “Qəbələ” mövsümün əvvəlində qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoysa da, yekunda 5-ci yeri tutaraq istəyinə çata bilmədi. Başa çatmış mövsümü necə dəyərləndirirsən?
- Sabiq baş məşqçi Toni Adamsın vaxtında elə də uğurlu nəticələr əldə etmədik. Xüsusən, evdə “Simurq” və “Rəvan”la oyunlarımızı qeyd etmək olar. Həmin görüşlərdə 6 xal itirməsəydik məqsədimizə çata bilərdik. Fatih Kavlakın gəlişindən sonra isə hər şey qaydasında gedirdi. Çempionatın final oyununda vacib qələbələr qazanmağı bacardıq. Ancaq lazımsız itirdiyimiz xallar da az olmadı. Nəticədə mövsümü ilk üçlükdə bitirmək şansımızı itirdik. Əgər Fatih hocanın gəlişindən sonra komandada irəliləyiş olmasaydı, klub rəhbərliyi onunla yola davam etməzdi.
- Bəs öz çıxışını necə qiymətləndirirsən?
- Pis. Çünki bir çox oyunda oynamadım. Əslində 4-5 oyun ardıcıl meydana çıxdım. Ancaq sonrada məşqçilər fikirlərini dəyişdilər. Bu məşqçinin öz işidir. Hörmətlə yanaşmaq lazımdır. Biz futbolçuyuq hər zaman oynamağa hazırıq. Məşqçilərimiz nə zaman şans versələr əlimizdən gələni etməliyik. Komandada mənim mövqeyimdə çıxış edən futbolçulardan zəif olduğumu düşünmürəm. Məni tanıyanlar bilir ki, mübarizəni sevən adamam. Mən oynadım və ya başqa biri. Bunun heç bir fərqi yoxdur. Əsas odur ki, formasını geyindiyimiz komanda uğurlu nəticə əldə etsin.
- Hələ mövsüm başa çatmamış “Qəbələ” “təmizləmə” əməliyyatına start verdi. Komandanın aparıcı üzvləri ilə yollar ayrıldı. Sənin də müqavilən başa çatıb. Müqavilənin müddətini uzadacaqsanmı?
- “Qəbələ” xidmətimdə maraqlıdır. İlkin danışıqlar olub. Demək olar ki, müqavilənin bütün detalları razılaşdırılıb. Sadəcə müqaviləyə qol çəkmək qalıb. Çox güman ki, 1 illik müqavilə imzalayacağıq.
- Başqa klublardan təklif var idimi?
- Bəli, Premyer Liqada çıxış edən klublardan təkliflər olmuşdu, amma getmək istəmədim. Mövsüm başa çatdıqdan sonra klub rəhbərliyinə demişdim ki, təklif olsa danışıqlar aparacağam. Yəni rəhbərliyin xəbəri var idi. Danışıqlar apardım, amma elə də güclü komandalar olmadığı üçün klubumda qalmağa qərar verdim.
- Mövsümün gedişində sabiq baş məşqçi Toni Adamsla yollar ayrıldı, ondan əlavə bir neçə futbolçu ilə qeyri-müəyyən səbəblərdən yollar ayrıldı. Bu amillər siz futbolçulara necə təsir etdi?
- Belə demək mümkünsə, məşqçi dəyişikliyinin müsbət xeyrini gördük. Bunu “Qəbələ”nin əldə etdiyi nəticələrə baxmaqla görmək olar. Məncə, Fatih Kavlakın gəlişindən sonra komandamız daha uğurlu çıxış etdi. O ki, qaldı bəzi futbolçuların klubdan uzaqlaşdırılması biz bu barədə heç fikirləşmirdik də. Bütün diqqətimizi ilk “altılıq” oyunlarına yönəltmişdik. Çalışırdıq ki, minimum xal itkislə irəliləyək. Ancaq özünüz də gördünüz ki, ilk “altılıq”da heç də zəif çıxış etmədik. Bəzi oyunlarda şanssız şəkildə xallar itirdik. Nəticədə mövsümü 5-ci sırada bitirməli olduq.
- Komandada kimlərin qalıb, kimlərin gedəcəyi müəyyənləşib. Klub rəhbərliyi bu barədə komanda üzləri ilə görüş keçiribmi? Ümumiyyətlə, yeni mövsümdən “Qəbələ”nin məqsədi nə olacaq?
- Açığı bu barədə bizə heç nə deyilməyib. Yəqin ki, növbəti mövsümdən əsas məqsəd çempionluq olacaq. Əvvəlcədən onu deyim ki, güclü heyətə malikik. Xüsusən hücum xəttində yaxşı futbolçularımız var. Transfer olunacaq futbolçularla daha da güclənəcəyik.
- Gələcəklə bağlı planın nədir?
- Yaxın günlərdə komanda ilə müqavilənin müddətini 1 illiyə artıracağıq. Əsas məqsədim özümü sübut etməkdir. Məni hesabdan silmək tezdir. Özümü göstərim, əsas heyətin üzvünə çevrilim sonrası zaman göstərəcək.
- Hər bir futbolçu kimi, yəqin ki, sən də istirahətdəsən...
- Bəli, hələlik evdəyəm. Mövsüm başa çatdıqdan sonra Bakıdan kənara çıxa bilməmişəm. Çox güman ki, gələn həftə Gürcüstana gedəcəyəm. Bütün qohum-əqrəba oradadır. Onların yanına getmək istəyirəm. Komandamız iyunun 26-da biraraya gələcək. Fürsətdən istifadə edib doyunca istirahət etmək istəyirəm ki, yeni mövsümə yeni əhval-ruhiyyədə hazırlaşım. Təbii ki, istirahətlə yanaşı fərdi məşqlər də edəcəyəm. Hər bir futbolçuya fərdi hazırlaşmaq üçün proqram veriblər. Həmin proqrama əsasən məşqlər edəcəyəm.

0
0