AFFA dünyanın futbol ulduzlarını Azərbaycana gətirir
01.06.2012 - 23:05
Dünya futbolunun ulduzları Azərbaycana gələcək. AFFA-nın baş katibi Elxan Məmmədov apasport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşına açıqlamasında ölkəmizdə bu ilin payızında keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin püşkatmasına tanınmış futbolçuların təşrif buyurmağının nəzərdə tutulduğunu bildirib: “Dünya çempionatı hələ sentyabr-oktyabrda olacağından, hələ uzun müddətli layihədir. Qısa müddətli haqda isə bir məlumat verim ki, püşkatmaya çox tanınmış futbolçuların gəlişi gözlənilir. Ancaq adları deməyəcəyəm”.
Qeyd edək ki, AFFA prezidenti Rövnəq Abdullayevin iştirak edəcəyi həmin püşkatma iyulun 6-da Muğam evində olacaq. Final mərhələsinin açılışında dünya şöhrətli müğənni Cennifer Lopezin iştirak edəcəyi artıq bir müddətdir dəqiqləşib və başqa belə ulduzların gəlişi də gözlənilir.
Mehman SÜLEYMANOV

0
0