Elxan Məmmədov: Borcumuzu qaytarmaq lazımdır
01.06.2012 - 23:10
“Avqustun 15-də Bəhreynlə yoldaşlıq oyunu qüvvədə alır. Bəli, FİFA onlarla bağlı araşdırma aparır. Amma Bəhreynə qarşı heç bir qərarı olmayıb”. Bu fikirləri apasport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Millimizin yoldaşlıq görüşündə növbəti rəqibi Bəhreyn yığması olacaq. Ancaq avqustun 15-də Bakıda qəbul etməli olduğumuz Asiya təmsilçisinin İndoneziya ilə rəsmi oyunda nəticəsi şübhəli olduğundan, FİFA araşdırma aparır.
Maraqlıdır, Bəhreyn yığması cəzalanarsa, AFFA qısa müddətdə başqa rəqib tapa biləcəkmi?
Məmmədov bildirib ki, Bəhreynə qarşı cəzanın tətbiq olunmayacağına ümid edir: “Bəhreynlə 4 il öncə qarşılaşmışdıq. Artıq borcumuzu qaytarmaq lazımdır. Son 5 ildə sübut etdik ki, bizim üçün rəqib tapmaq çətin deyil”.
Məmmədovdan iyunun 5-də Belarus yığması ilə Minskdəki yoldaşlıq görüşünün ləğvini də soruşduq. Çünki belaruslular bizimkilər tərəfindən atılan bu addımdan narazı qalıb: “Biz Belarus Futbol Federasiyasına əvvəlcədən məlumat verdik. Orda bəzi məsələlər vardı və anlaşma da imzalanmamışdı. Bunlar artıq keçmişdədir. Bizim üçün əsas 2 görüşü keçirmək idi. Çünki baş məşqçi tərəfindən bizim qarşımızda bu tələb qoyulmuşdu və bu 2 oyunu da təşkil elədik”.
Baş katib ilin sonunda yoldaşlıq görüşü olmayacağını bildirərək, bunu vaxt azlığı ilə əsaslandırdı: “İlin sonunda yoldaşlıq görüşü keçirməyə demək olar vaxt imkan vermir. Çünki Bəhreynlə oyundan sonra rəsmi oyunlar başlayır və millimizi bu matçlardan öncə təlim-məşq toplanışı olacaq. Sentyabrda bizi 2, oktyabr və noyabr aylarında 1 oyun gözləyir. Həmin ayda yoldaşlıq görüşü olsa da, biz həmin vaxt rəsmi oyun keçirəcəyik. Bizim oktyabrda yoldaşlıq görüşü oynamağa yer var idi. Ancaq təəssüflər olsun ki, biz 2 oyun günündə istifadə edə bilmirik. Çünki Azərbaycanda dünya çempionatının final oyunu keçiriləcək. Ona görə Şimali İrlandiya yığması ilə rəsmi oyunu noyabrda təşkil edəcəyik. Bəhreyndən sonra növbəti yoldaşlıq görüşü artıq gələn il keçiriləcək”.
Mehman SÜLEYMANOV

0
0