Per-Yoar Hansen: Oyuna nəzarət bizdə idi
01.06.2012 - 23:24
“Qələbə qazandığımıza görə çox şadam. Oyuna nəzarət bizdə idi”. Apasport.az saytının xəbərinə görə, bunu Norveç yığmasının (U-21) baş məşqçisi Per-Yoar Hansen deyib.
Skandinaviyalılar Avropa çempionatının seçmə qrup mərhələsində millimizi məğlub edib – 1:0. Oyunla bağlı danışan mütəxəssis deyib ki, komandası ədalətli qələbə qazanıb: “Futbolçularım hər görüşdə belə oynamırlar. Get-gedə daha yaxşı oynayacağımıza ümid edirəm”.
Millimizin çalışdırıcısı Bernhard Lippert də rəqibin layiqli qələbə qazandığını düşünür: “Norveç yığması layiqli qələbə qazandı. Çoxlu top itirdik. Hücumda lazımi təzyiq göstərə bilmədik. Əsas problem nominal hücumçumuzun olmaması ilə bağlı idi. Komanda ümumilikdə zəif ola bilər, amma hücumçusuz heç bir uğur qazanmaq mümkün deyil”.

0
0