Markus Pedersen: Azərbaycan yığmasına qarşı oynamaq çətindir
02.06.2012 - 09:07
Markus Pedersen: Azərbaycan yığmasına qarşı oynamaq çətindir
“Bu cür epizodlarda mütləq qol vurmalısan. Çünki oyun ərzində cəmi bir dəfə belə hədiyyəyə sahib olursan”. Bu sözləri apasport.az saytına açıqlamasında Norveç millisinin futbolçusu Markus Pedersen deyib.
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində norveçli həmyaşıdları ilə qarşılaşan 21 yaşadək futbolçulardan ibarət yığmamız məğlub olub. Oyunun taleyini həll edən yeganə qol isə matçın 29-cu dəqiqəsində vurulub.

Sağ cinahdan asmanı başla tora qovuşduran rəqib futbolçu oyundan sonra bunları deyib: “Çox asan qol vurdum. Ancaq onu da vurğulayım ki, Azərbaycan yığmasına qarşı oynamaq çətindir. Rəqibin heyətində yaxşı texnikalı futbolçular var. Qələbəyə görə çox şadam”.

Pedersen yeni komanda yoldaşlarının da özlərini yaxşı tərəfdən göstərdiyini bildirib: “İki yeni futbolçumuz var idi. Onlar da yaxşı oyun nümayiş etdirdilər. Məncə, yenilər heyətə layiq olduqlarını sübut etdilər”.