“Bakı” hazırlıq proqramını açıqladı
02.06.2012 - 11:03
“Bakı” hazırlıq proqramını açıqladı
“Bakı” klubunun yeni mövsümə hazırlıq proqramı məlum olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, son mövsümü Azərbaycan Kubokunu qazanmaqla yüksək notlarla başa vuran komanda gələn həftədən etibarən bir araya gəlir.

Belə ki, təlim-məşq toplanışı iyunun 5-də start götürəcək. Həmin gündən “Bakı” Avropa Liqası və növbəti ölkə çempionatının hazırlıqlarına start verəcək.

İlkin mərhələdə 1 həftə ərzində paytaxtda məşqlər keçəcək komanda Qəbələyə yollanacaq və iyunun 16-na qədər burada məşq edəcək.

Hazırlığın ikinci mərhələsi ənənəyə uyğun olaraq Sloveniyada baş tutacaq. Komanda iyunun 18-29-da məşq etməklə bərabər, 3 yoldaşlıq oyunu keçirəcək.

Üçüncü mərhələ UEFA Avropa Liqası püşkünün nəticəsinə görə təyin olunacaq. Bu zaman rəqibin kimliyi və ilk oyunun hansı meydanda keçiriləcəyi həlledici faktor kimi qəbul olunacaq.