“3 xal qazanmaq asan deyil”
02.06.2012 - 14:33
“Bu bizim üçün çox vacib qələbə idi. Meydana çıxıb 3 xal qazanmaq asan deyil” Apasport.az saytının məlumatına görə, bunu Norveç yığmasının (U-21) futbolçusu Maqnus Volf Eikrem deyib.
O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini açıqlayıb: “Komandamızın qol imkanları çox oldu, hesab daha böyük ola bilərdi. Lakin vacib olan qələbə qazanmaqdır. Biz növbəti mərhələyə yüksəlməliyik. Ümid edirik ki, Azərbaycan millisinin ardından İslandiyanı da məğlub edə biləcəyik”.

0
0