“İnter” daha 2 futbolçu ilə müqavilə imzaladı
02.06.2012 - 16:19
Bu mövsüm ölkəmizi avroliqada təmsil edəcək “İnter” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Tales Şütz, Ramil Həşimzadə, Georgi Adamiya və Slavço Georgiyevskini rəglərinə bağlayan “bankirlər” daha 2 futbolçu ilə razılığa gəliblər.
Hazırda Türkiyədə təlim-məşq toplanışında olan “İnter”in yeni transferləri ampulaca qapıçılar - Elşən Poladov və Revaz Tevdoradzedir. Onların hər 2-si ilə 1 illik müqavilə imzalanıb.
Poladov 2006-cı ildə də “İnter”də oynayıb. Onun son klubu isə “Kəpəz” olub.
Gürcüstanlı qolkiper Tevdoradze isə karyerası ərzində vətənində “Norçi Dinamo”, “Tbilisi”, “Dila” (Qori), “Merani”, “Qaqra” və “Batumi” klublarında çıxış edib. Onun son komandası isə “Çıkura Saçkhere” olub. Bununla yanaşı, qapıçı 2011-ci ildə leqioner həyatı yaşayıb və Latviyanın “Olimpi Balti” klubunun şərəfini qoruyub.
Qeyd edək ki, hər 2 futbolçu artıq “İnter”in sıralarına qoşularaq komandanın Türkiyədəki təlim-məşq toplanışında iştirak edir.

0
0