Novruz Əzimov üçün tarixi hadisə
02.06.2012 - 19:09
Novruz Əzimov üçün tarixi hadisə
"Belə bir klubda belə bir vəzifəyə təyin olunmağım mənim üçün tarixi hadisədir”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçsi Novruz Əzimov deyib.

Bu gün klub prezidenti Hafiz Məmmədovun əmrinə əsasən Əzimovun baş məşqçi postunda təyinatı rəsmiləşib. Təyinatına münasibət bildirən Əzimov bildirib ki, klub rəhbərliyi tərəfindən ona böyük etimad göstərilib: “Buna görə klubumuzun prezidenti Hafiz Məmmədova təşəkkür edirəm. "Bakı" böyük klubdur, bunu nəticələrimizlə sübut etməliyik. Bu gündən ikiqat qüvvə ilə əlimdən gələni əsirgəməyəcəm ki, "Bakı" hər zaman layiq olduğu mövqelərə yüksəlsin. Əminəm ki, futbolçular, klub personalı və rəhbərliklə birgə qarşıda duran vəzifələrin həllinə nail ola biləcəyik”.
Mənbə: klubun saytı