“Qalatasaray” çempion!!! - YENİLƏNİB
03.06.2012 - 20:31
“Qalatasaray” çempion!!! - YENİLƏNİB
Bu gün 15 yaşadək futbolçular arasında I Qəbələ Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, finalda “Qalatasaray” və Serbiya milli komandaları üz-üzə gəliblər. Oyunun əsas və əlavə vaxtı heç-heçə bitdiyindən qalib penaltilərlə müəyyənləşib. Lotereyada daha dəqiq olan “Qalatasaray” çempion adını qazanıb.

Üçüncü yer isə “Brondbü”nü məğlub edən “Levante”yə qismət olub.

Azərbaycan klublarından “Qarabağ” VII, “Qəbələ” V yer uğrunda yarışıb. Lakin hər 2 komandamızın son oyunu məğlubiyyətlə başa çatıb. Onlar müvafiq olaraq, “Feyenoord” və “Vilyarreal”a uduzublar.

3 iyun
VII yer uğrunda
“Qarabağ” – “Feyenoord” - 0:5

V yer uğrunda
“Qəbələ” – “Vilyarreal” - 1:4

III yer uğrunda
“Brondbü” – “Levante” - 0:2
Mərkəzi Stadion

FİNAL
“Qalatasaray” - Serbiya MK - 1:1 Penaltilərlə - 4:2
Mərkəzi Stadion